Yandırdı mənim qəlbimi hicran qərib eldə

Ömrüm də keçib getdi pərişan, qərib eldə

Taleh məni, Yusif kimi, zindanlara saldı,
Qəyyum elədi cahili zindan qərib eldə

Ömrüm boyu qəlbimdə vətən həsrəti qaldı
Azdırdı mənim səmtimi şeytan qərib eldə

Mən istəmərəm cahi-cəlal ey Xuda, bircə,
Qoyma məni bicarə, peşiman, qərib eldə

Ey əhli-bəşər, qürbətə büşsən yana baxma
Bənd olma zənan əhlinə heyran, qərib eldə

Qürbətdə bitən gülləri görsən ümüd olma,
Olmaz bizə məlhəm güli-fəttan qərib eldə

İnsan dəzənib özgə atan başmağı geysə
Bir gün весь текст→

Könlüm, vətənin sərvi-xuramanı gözəldir,

Dağlarda bitən qönçeyi-xəndanı gözəldir.

Qürbətdə gözələr gözəlin olsada, amma,
Sözsüz Bakımın zülfi-pərişanı gözəldir.

Axtarma, könül, özgə vilayətdə imanı
Din əhlimizin sevgili-cananı, gözəldir.

Rüzgar aparar sevgisini özgə nigarın
Öz yarımızın həsrəti-hicranı gözəldir.

Qurtarmağa yəğmayi-qəmindən dili pünhan,
Öz millətimin nazəni-fəttanı gözəldir.

Can ver, könül, ol dilbərə ki, öz qanımızdır
Can içrə vətən bəslədiyi qanı gözəldir.

Yad eldə, Elsevər, nə imarət olur-olsun
Gəl ki vətənin külbeyi-əhzanı gözəldir.

Bir nəzər salsa vurar qəlbimə min yarə, gözəl.

ƏNeyniyim, aşiq olmuşam bu cür nigarə gözəl.

Qeysi məcnun elədi, Fərhadı dağlarə salıb,
Məni də eylədi qəm qüssəli avarə, gözəl.

Dərdə düşdüm, dəva üçün gəzib, axır bir gün
Nə dəva eylədimsə tapmadım bir çarə gözəl.

Nə yaratdımsa sonunda yenə dərd oldu mənə,
Salmıram sayə deyə verdi bir işarə gözəl.

Dedilər, sev onu Məcnun kimi, cır paltarıvı,
Üz qoyar rəqiblərin, dərs olar əğyarə gözəl.

Qoy sənin hüsnüvə baxsın gözü biganələrin,
Görsün hamı nədir insan çəkilən darə gözəl.
весь текст→
Рассказать друзьям