Üz qoyub gedirsən, atırsan məni,

Bir məcal ver deyim sözümü sənə
Yanımda olsaydın duyardın məni
Sürtərdim əlimi, üzümü, sənə..

Boş yerə gəl məni salma çətinə,
Mən ki inanmışam sədaqətinə
Öyrəşərdim sənin xasiyətinə,
Öyrədə bilsəydim dözümü sənə

Kim verir sevgiyə dünyadə dəyər,
Canını canana verməzmi məyər?
Sən cansız cismsiz olsaydın əyər
Verərdim canımı, gözümü, sənə.

Xəlq edən dünyada aşiqə yarı,
Qəlbləri eyləməz sevgi məzarı
Qəlbində sönübsə sevgi şərarı,
Verərəm qəlbimnən közümü sənə

Elsevərəm səni sirdaş edərdim,
Ardınca düzəlib şama gedərdim
Dünyadə весь текст→

Gördü gözüm cəhli-inam, bəsdi, cəfa isdəmirəm

Fərz elə divanə mənəm, vermə dəva, isdəmirəm

Zahidə qəyyumdu bəla, çün ki, çəkirr ahu-nəva.,
Gəl mənə sən qılma rəva, mənki bəla isdəmirəm

Göz verən insanə Nihan, görmədi dünyadə məni
Səbr eləməkdirsə şəfa, böylə şəfa isdəmirəm....

Qoy dolanım, salim olum, indi ki rind əhli mənəm
Bəsdi verən badə səda, özgə səda, isdəmirəm...

Məndədir Adəmdə qalan, rövzeyi-vəslət səməri,
Qoy mən olum tərki məkan, ayrı xuda isdəmirəm

Elsevərəm, darda ikən gəlməsən, ey dos deyənim
Sonrə görüb yolda məni, olma fəda, isdəmirəm

Yox məcnunluqda bəra, səhradan getmək yaxşıdı

Zülm içrə qalmaqdansa Leyladan getmək yaxşıdı
Vamiqdən idrət alıb, Əzradan getmək yaxşıdı,
Sənsiz ömr etməkdənsə dünyadan getmək yaxşıdı

Dünyada sənziz qalıb, onsuzda məna tapmaram
Kim olur olsun yenə mən bica xoşdəxt olmaram
Adəm övladı mənəm, cənnətdə tənha qalmaram
Sənsiz ömr etməkdənsə dünyadan ketmək yaxşıdı

Qoy bütün aləmdə dasdan olsun qəmli sözlərim
Dünya zülmətdir səni bir an görməzsə gözlərim
Saxda nitqiylə təvazukarlıq etməm, dilbərim;
Sənsiz ömr etməkdənsə dünyadan getmək yaxşıdı

Sən mömin övladısan, hər vaxt sənə ərk eylədim
Eşqi bağlıyan məhəbbət kəndirin bərk весь текст→

Salamı almayan nagüman nigar,

Məni dindirmədin edib bəxdiyar.
Lütfü gizlədirsən, görür Ruzigar,
Pünhan baxışların nə mənası var?

Bilirəm, qəlbindən səadət keçir,
Baxdıqca hüsnümə hərarət keçir
Bilirəm, könlündən məhəbbət keçir
Çatılmış qaşların nə mənası var?

Dünyayə qədəmin qoyandan insan,
Qəlbində məhəbbət dolanır pünhan
Ömür-gün yoldaşın yoxdusa hər an,
Dostun tanışların nə mənası var?

Ras gəlsə, ey dilbər, daş ilə qaya,
Nə çıxar du işdən görən ortaya?
Kandarda sərilən köhnə xalçaya,
Yeni naxışların nə mənası var?

Fələk donumuzu biçəndən sonra,
Qocalıq bizləri весь текст→

Ey könül, bəsdi daha, uyma gözəllər sözünə

Səni canan aparıb verdi qəmin pəncəsinə

Nə günün var ya gecən, baru nəzər sal özünə
Dəli divanə olar çox inanan özgəsinə

Bu gözəllər bəladı, dərdə salan aşiqini
Səni zəvvar eliyər əsli-Kərəm dövrəsinə

Nə məhəbbətlə iş aşmaz, nə də qəm qüssə ilə
Yenə səbr eyləsən Allah yetirər bəndəsinə

Fane dünyada ki eşq fəxri fəlakətdi bizə
Yeni aşiqləri tarix yazır öz səyfəsinə

Günəşin şövləsi məcnuni yaxıb atəşinə,
Baru sən olma ümüd gül çiçəyin kölgəsinə

Qoca dünyaya guman yoxdu, ümüd весь текст→

Yandırdı mənim qəlbimi hicran qərib eldə

Ömrüm də keçib getdi pərişan, qərib eldə

Taleh məni, Yusif kimi, zindanlara saldı,
Qəyyum elədi cahili zindan qərib eldə

Ömrüm boyu qəlbimdə vətən həsrəti qaldı
Azdırdı mənim səmtimi şeytan qərib eldə

Mən istəmərəm cahi-cəlal ey Xuda, bircə,
Qoyma məni bicarə, peşiman, qərib eldə

Ey əhli-bəşər, qürbətə büşsən yana baxma
Bənd olma zənan əhlinə heyran, qərib eldə

Qürbətdə bitən gülləri görsən ümüd olma,
Olmaz bizə məlhəm güli-fəttan qərib eldə

İnsan dəzənib özgə atan başmağı geysə
Bir gün весь текст→

Olsa aləm bu vilayətdə məhəbbətdən uzaq

Qərq olar eşqi-məhəbbət də vilayətdən uzaq

Yadlaşar insana insan, yenə düşmən çoxalar
Çox olar dəhridə qəmxanə nəzakətdən uzaq

Hamı ol çarə ədalət deyilən sözdən olar,
Səs çıxaran çəkilər darə, ədalətdən uzaq

Susma görsən sevənin səhvini, kanara çəkib,
Qorxmadan dərsini ver sözlə, fəlakətdən uzaq

Çırağı eşqi-məhəbbətdi hidayət yolunun
Yandırın, yoxsa düşər hamı hidayətdən uzaq

Qəmdən əl üzməyə yoxdursa dəva təmkin edin
Qəm salar aşiqi hər ləhzə səadətdən uzaq

Ey dilbər, Elsevərin çarəsi yoxdur, qınama
Yoxdur bir весь текст→
Рассказать друзьям